0
Wednesday 15 May 2024 - 12:48

Müsavat Partiyasının fəalından xəbər yoxdur

Story Code : 1135208
Müsavat Partiyasının fəalından xəbər yoxdur
Turan xəbər agentliyi partiyanın mətbuat xidmətinin bu gün yaydığı məlumatına istinadla bildirir ki, o, mayın 10-da öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb:
"Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər, biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma hələlik heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır", deyə partiyanın nümayəndəsi bildirib.
Natiq Mehdi Müsavat Partiyasının Səbail Rayon Təşkilatının sədr müavinidir. 
O, aprel ayında partiyanın başqanlığına öz namizədliyini irəli sürmüşdü, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb. 
Turan bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.
 
Source : SaharTV
Comment