Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Taym” jurnalına deyib.
Ağ Evin keçmiş rəhbəri işğalçı İsrailin Baş naziri Benyamin Netanyahunu onun hökumətinin Fələstin anklavındakı hərəkətlərinə görə tənqid edib. O bildirib ki, 7 oktyabr hadisələrindən sonra işğalçı İsrailin uğursuzluğuna görə Netanyahu məsuliyyət daşıyır.
Tramp iddia edib ki, əgər prezident olaraq qalsaydı, İran və HƏMAS-ın sionist rejimə hücumu heç vaxt baş verməzdi.